Bank Of Baku

NATO-nun baş katibi Gürcüstana səfər edib

NATO-nun baş katibi Gürcüstana səfər edib
# 24 mart 2019 23:31 (UTC +04:00)

Gürcüstanın baş naziri Mamuka Baxtadze və NATO-nın baş katibi Yens Stoltenberq ölkənin Alyansa inteqrasiyası və bu istiqamətdə əməkdaşlığı müzakirə ediblər. 

ONA-nın gürcü mətbuatına istinadən yaydığı xəbərinə görə, Stoltenberq bazar günü axşam Tbilisiyə rəsmi səfərə gəlib. 

Mamuka Baxtadze bu səfəri NATO-nun Gürcüstana dəstəyinin göstəricisi olduğunu deyib. 

Stoltenberq öz növbəsində Gürcüstanın NATO-ya inteqrasiya yolunda inkişaf etdiini vurğulayıb. 

Səfər çərçivəsində NATO-nun baş katibi bir sıra görüşlər keçirəcək və Krtsanisidə keçən “NATO - Georgia Exercise 2019” komanda-qərargah təlimlərində iştirak edəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR