Bank Of Baku

Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq

Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
# 17 iyun 2026 22:25 (UTC +04:00)

Niderland Ukraynaya 500 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edəcək.

“De Telegraaf” qəzetinin yazdığına görə, bu barədə ölkənin müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat yayıb.

Vəsaitin 250 milyon avrosu Niderland müdafiə sənayesi müəssisələrindən pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək.

Qalan 250 milyon avro isə PURL təşəbbüsü çərçivəsində Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün ayrılacaq.

Bu vəsait hesabına hava hücumundan müdafiə sistemləri üçün raketlər, F-16 qırıcıları üçün sursat və pilotsuz sistemlərin alınması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR