Bank Of Baku

Orban Ukrayna ilə bağlı müzakirə zamanı iclas zalını tərk edib

Orban Ukrayna ilə bağlı müzakirə zamanı iclas zalını tərk edib
# 14 dekabr 2023 23:07 (UTC +04:00)

Dekabrın 14-də Brüsseldə keçirilən Aİ sammitində Macarıstanın baş naziri Viktor Orban ittifaqın liderləri Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarına gələrkən zalı tərk edib.

APA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Orbanın Facebook səhifəsinə və The Guardian-a istinadən məlumat yayıb.

Orban daha sonra sosial şəbəkə hesabında Ukraynanın ittifaqa qoşulmaq üçün danışıqlara başlamağa hazır olmadığına dair mövqeyini təkrarlayan bəyanat yayıb.

“Ukraynanın Aİ-yə üzvlüyü pis qərardır. Macarıstan bu pis qərarın bir hissəsi olmaq istəmir!” - Macarıstanın baş naziri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR