Bank Of Baku

Özbəkistan və Aİ genişləndirilmiş əməkdaşlıq sazişi imzalayıb

Özbəkistan və Aİ genişləndirilmiş əməkdaşlıq sazişi imzalayıb
# 24 oktyabr 2025 16:43 (UTC +04:00)

Bu gün Brüsseldə Özbəkistan Respublikası ilə Avropa İttifaqı arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması mərasimi keçirilib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” platformasında paylaşım edib.

Tədbirdə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev və Aİ-nin liderləri iştirak edib.

Koşta bu hadisəni “qarşılıqlı etimada, dostluğa və ortaq məqsədlərə əsaslanan münasibətlərin yeni mərhələsi” kimi qiymətləndirib.

Yeni razılaşma çərçivəsində tərəflər iqtisadi inteqrasiya, ticarət, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və hüquq sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR