Bank Of Baku

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb
# 29 sentyabr 2026 00:36 (UTC +04:00)

Roma Papası XIV Leo Rusiya və Ukraynanı münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb.

APA xəbər verir ki, Papa bu barədə Fransadan qayıdarkən jurnalistlərlə söhbəti zamanı danışıb.

“Düşünürəm ki, kilsə sülh dəyərlərini təşviq etməli, daim Rusiya, Ukrayna və digər ölkələrin liderlərini danışıqlar masası arxasına oturmağa, dialoq aparmağa və artıq mənasını itirmiş müharibələri davam etdirmədən bu problemlərin həlli yollarını tapmağa çağırmalıdır”, - Papa deyib.

Qeyd edək ki, sentyabrın 28-də Roma Papasının Ukrayna üzrə xüsusi nümayəndəsi, kardinal Matteo Zuppi üçüncü dəfə Moskvaya səfər edib. O, əsas missiyasının humanitar problemlərin həlli yollarının tapılmasına kömək etmək olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR