Paşinyanla Kobaxidze arasında telefon danışığı olub - YENİLƏNİB

Paşinyanla Kobaxidze arasında telefon danışığı olub - YENİLƏNİB
# 23 fevral 2024 20:32 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ermənistanlı həmkarı Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Hökuməti yayıb.

Bildirilib ki, tərəflər strateji tərəfdaşlığın gücləndirilməsi perspektivləri ilə yanaşı bir sıra məsələləri müzakirə ediblər.

Paşinyanla Kobaxidze eyni zamanda regional təhlükəsizlik məsələsində Cənubi Qafqazda sülh və sabitliyin önəmi vurğulayıb.

***

Saat 19:39

Ermənistan Baş naziri Nikol Paşinyanla onun gürcü həmkarı İrakli Kobaxidze arasında telefon danışığı olub.

APA xəbər verir ki, Paşinyan Kobaxidzeni Ermənistana rəsmi səfərə dəvət edib.

Gürcüstan Baş naziri dəvəti qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR