Polşa miqrasiya böhranı ilə əlaqədar Belarusa ultimatum verib.
APA-nın məlumatına görə, bu barədə Polşa Daxili İşlər Nazirliyində bəyanatında bildirilib.
Qeyd edilib ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski Sərhəd Mühafizəsinin baş komendantına göstəriş verib ki, Kuznitsa sərhəd-keçid məntəqəsinin yaxınlığında vəziyyəti sabitləşdirmək barədə Belarusun Dövlət Sərhəd Komitəsinin sədri general Anatoli Lappoya yazılı müraciət etsin.