Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri: NATO-nun Rusiya ilə müharibəyə hazırlaşmaq üçün üç il vaxtı var

Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri: NATO-nun Rusiya ilə müharibəyə hazırlaşmaq üçün üç il vaxtı var
# 03 dekabr 2023 06:18 (UTC +04:00)

NATO-nun şərq cinahında yerləşən ölkələrin Rusiyanın hücumuna hazırlaşmaq üçün cəmi üç il vaxtı var.

APA-nın NV-yə istinadən verdiyi məlumata görə, bunu Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa Polşanın “Nasz Dziennik” nəşrinə müsahibəsində deyib. O bildirib ki, Rusiya NATO ölkələrinə hücum edə bilər və onların buna hazırlaşmaq üçün 5-9 il vaxtı var.

“Müharibədən qaçmaq istəyiriksə, şərq cinahda yerləşən NATO ölkələri qarşıdurmaya hazırlaşmaq üçün daha qısa, üç illik vaxt üfüqünü qəbul etməlidir" Severa bildirib.

Onun sözlərinə görə, Rusiya hərbi sənayesi üç növbədə işləyir və yaxın üç ildə öz potensialını artıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR