Polşada bıçaqlı şəxs məktəbə hücum edib, yaralılar var

Polşada bıçaqlı şəxs məktəbə hücum edib, yaralılar var
# 29 noyabr 2023 18:15 (UTC +04:00)

Polşada bıçaqlı şəxs məktəbə hücum edib.

APA xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Hadisə Polşanın şimal-şərqində, Ostrolenki şəhəri yaxınlığındakı Kadzidlo məktəb kompleksində qeydə alınıb.

Ən azı iki nəfər xəsarət alıb.

Naməlum şəxs hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR