Bank Of Baku

Polşada Senatı partlatmaqla hədələyən məmura qarşı ittiham irəli sürülüb

Polşada Senatı partlatmaqla hədələyən məmura qarşı ittiham irəli sürülüb
# 16 dekabr 2023 23:08 (UTC +04:00)

Polşa Senatına namizəd Jacek C. sosial şəbəkələrdə ölkə Seyminin binasını partlatmaqla hədələyən yazı dərc etdioyi üçün ona ittiham irəli sürülüb.

APA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna RMF FM-ə istinadən məlumat yayıb.

Varşava Regional Prokurorluğunun sözçüsü, prokuror Şimon Banna bildirib ki, intensiv istintaq hərəkətləri nəticəsində Jacek C. həbs edilib.

“Cəmi on saat ərzində həyata keçirilən çoxsaylı sübut tədbirləri, o cümlədən Jacek Ç.-dən götürülən mobil telefonun yoxlanılması onun bu yazıların müəllifi olduğunu sübut edir”, - deyə prokuror bildirib.

Məmuru altı aydan səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR