Bank Of Baku

Polşanın Baş naziri istefa verib

Polşa Baş nazir Mateuş Moravietski

© APA | Polşa Baş nazir Mateuş Moravietski

# 13 noyabr 2023 18:14 (UTC +04:00)

Polşanın Baş naziri istefa verib.

APA Polşa mətbuatına istinadən xəbər verir ki, Baş nazir Mateuş Moravietski Polşanın yeni parlamentinin oktyabrda keçirilən ümumi seçkilərdən sonra ilk iclasında hökumətinin istefasını rəsmən təqdim edib.

Baş nazir Polşa konstitusiyasına görə, parlamentin aşağı palatası olan yeni seçilmiş Seymin ilk iclasında hökumətin istefasını təqdim etməlidir.

Keçən həftə televiziya ilə çıxış edən Prezident Andjey Duda partiya liderləri ilə məsləhətləşmələrdən sonra növbəti hökumətin formalaşdırılması məsuliyyətini Moravietskiyə həvalə etmək qərarına gəldiyini açıqlayıb.

Xatırladaq ki, oktyabrın 15-də keçirilən seçkilərdə Moravietskinin “Hüquq və Ədalət” partiyası ən çox səs toplasa da, parlament çoxluğu üçün kifayət qədər yer əldə edə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR