Bank Of Baku

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul saxlanılıb

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul

© APA | Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul

# 26 mart 2025 02:56 (UTC +04:00)

Moldovanın Qaqauziya Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul Kişinyov hava limanında 72 saatlıq saxlanılıb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə onun müşaviri Yuri Kuznetsov məlumat verib.

“Yevgeniya Aleksandrovna martın 25-dən 30-dək Beynəlxalq Jurnalistika Konqresinin dəvəti ilə İstanbula getməliydi. Bundan başqa, Qaqauziya rəhbəri Türkiyədə muxtariyyət üçün vacib olan məsələləri müzakirə etməyi planlaşdırırdı”, - Kuznetsov qeyd edib.

Moldovanın Milli Antikorrupsiya Mərkəzi Qutsulun Kişinyov hava limanında 72 saatlıq saxlandığını, bütün təfərrüatların çərşənbə günü açıqlanacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR