Bank Of Baku

Qolodomor ABŞ-ın Luiziana ştatında soyqırımı kimi tanınıb

Qolodomor ABŞ-ın Luiziana ştatında soyqırımı kimi tanınıb
# 30 mart 2019 08:12 (UTC +04:00)

ABŞ-ın Luiziana ştatı 1932-1933-cü illərdə Ukrayna xalqına qarşı törədilmiş Qolodomor (aclıq) aktını soyqırımı kimi tanıyıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Səfirlik nümayəndələri bildirib ki, həmin qərarla Luiziana qubernatoru Con Bell Edvards Qolodomor aktının 85-ci ildönümü ərəfəsində çıxış edib.

Qeyd edək ki, 2018-ci ilin sonlarında Ukrayna prezidenti Petro Poroşenko Qolodomora görə məsuliyyəti SSRİ-nin varisi olan Rusiyanın daşıdığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR