Bank Of Baku

Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır

Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
# 29 avqust 2026 21:54 (UTC +04:00)

Atom Enerjiis Üzrə Beynəlxalq Agentlik Zaporojye Atom Elektrik Stansiyasının xarici enerji təchizatının kəsilməsi təhlükəsi ilə əlaqədar yeni lokal atəşkəs zonasının yaradılması üzərində işləyir.

APA xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossinin açıqlamasına istinadən təşkilatın mətbuat xidməti məlumat yayıb.

Qrossinin sözlərinə görə, yeni zona stansiyanın xarici enerji təchizatı ilə bağlı zəruri işlərin aparılmasına imkan yaratmalıdır. Razılaşma əldə olunarsa, bu, 2025-ci ilin sonundan etibarən AEBA-nın vasitəçiliyi ilə yaradılan yeddinci atəşkəs zonası olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR