Bank Of Baku

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
# 29 avqust 2026 12:07 (UTC +04:00)

Cəlilabadda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Əli Fərəcovun idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, Camal Camallının idarə etdiyi "SEAT" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Toqquşmanın təsirindən "SEAT" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb və kanala düşüb.

***

10.54

Cəlilabadda iki minik avtomobili toqquşub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralında, Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Toqquşmanın təsirindən avtomobillərdən biri yoldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb və kanala düşüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR