Bank Of Baku

Rusiya ordusu Dneprdə biznes mərkəzinə zərbə endirib, 3 nəfər ölüb

Rusiya ordusu Dneprdə biznes mərkəzinə zərbə endirib, 3 nəfər ölüb
# 28 sentyabr 2026 14:42 (UTC +04:00)

Ukraynanın Dnepr şəhərinin mərkəzində yerləşən biznes mərkəzinə Rusiya ordusunun zərbəsi nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

"RBK-Ukrayna" xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Bildirilib ki, sentyabrın 28-də Rusiya qüvvələri Dnepr şəhərinin mərkəzinə zərbə endirib. Zərbə nəticəsində biznes mərkəzində yanğın baş verib.

İlkin məlumatlara görə, şəhər reaktiv pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

Məlumata görə, xilasetmə işləri zamanı yanğının baş verdiyi biznes mərkəzindən 47 nəfər təxliyə edilib. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR