Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrini arsenallarında olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorları Ukraynaya verməyə çağırıb.
APA xəbər verir ki, Kallas bunu sentyabrın 28-də Aİ ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünə gedərkən jurnalistlərə açıqlamasında deyib.
Görüşün gündəliyində Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiə məsələsi yer alıb.
“Ukraynanın hava hücumundan müdafiəyə ciddi ehtiyacı var. Biz yenidən anbarlarında bu raketlər olan ölkələrə müraciət edirik. Onlar raketləri Ukraynaya verə bilərlər ki, daha sonra istehsal olunacaq “Patriot” raketləri onların ehtiyatlarını bərpa etsin”, – Kallas bildirib.