Bank Of Baku

Rusiya ordusu Jitomiri reaktiv dronlarla vurub: 2 polis ölüb, azı 10 yaralı var

Rusiya ordusu Jitomiri reaktiv dronlarla vurub: 2 polis ölüb, azı 10 yaralı var
# 19 avqust 2026 19:03 (UTC +04:00)

Rusiya ordusu Ukraynanın Jitomir vilayətinə “Banderol” tipli reaktiv dronlarla hücum edib.

“Ukrainskaya Pravda”nın məlumatına görə, hücumun hədəfi Milli Polis Qərargahının binası olub.

Nəticədə 2 polis zabiti həlak olub, azı 10 nəfər xəsarət alıb.

Zərbələr binanın 4-cü mərtəbəsində və damında yanğına səbəb olub.

Yanğınsöndürənlər, təcili tibbi yardım və hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR