Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket zərbələri nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
"UNİAN" xəbər verir ki, Odessa Vilayət Prokurorluğunun mətbuat katibi İnna Verba raket zərbələrinin çoxmərtəbəli yaşayış binasına dəydiyini bildirib.
“Hazırda ən azı 3 nəfərin öldüyü və yaralıların olduğu barədə məlumat var”, - Verba qeyd edib.
Bildirilir ki, Rusiya gecə boyu Odessanı atəş altında saxlayıb.
***
02.41
Rusiya qüvvələrinin Odessa şəhərinə endirdiyi zərbə nəticəsində şəhərin infrastruktur obyektlərinə ziyan dəyib.
"RBK-Ukrayna"nın məlumatına görə, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat yayıb.
Onun sözlərinə görə, şəhərdə hava həyəcanı davam edir.
Lısak sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.