Bank Of Baku

Rusiya və Almaniya liderləri diplomatik gərginliyi müzakirə edə bilər

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 21 dekabr 2021 14:00 (UTC +04:00)

Kreml Rusiya Prezidenti Vladimir Putinin diplomatların ölkədən çıxarılması ilə bağlı vəziyyəti Almaniya kansleri Olaf Şoltsla müzakirə edəcəyinə ümid edir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Rusiya Prezidentinin Almaniya Kansleri ilə vəziyyəti müzakirə etməyi planlaşdırıb-planlaşdırmadığ barədə sualı da cavablandırıb.

“Ümid edirik ki, bu təmaslar nəticə verəcək”, - Peskov qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Rusiya Almaniyanın Moskvadakı səfirliyinin iki diplomatik əməkdaşını “persona non-qrata” elan edib. Rusiya XİN bu addımı Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətli ilə bağlı Berlin Ali Məhkəməsinin hökmündən sonra Almaniyanın iki rus diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq atdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR