Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Nova Vodolaha qəsəbəsində parka endirdiyi PUA zərbəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
APA xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Ölənlərdən üçü uşaqdır.
***
19:07
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Nova Vodolaha qəsəbəsindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində iki qadın və körpə ölüb.
“Міy Хаrкіv” nəşrinin məlumatına görə, hücum oktyabrın 19-da saat 16:30 radələrində parkda çoxlu insanın, o cümlədən uşaqlı ailələrin olduğu vaxt baş verib.
Xarkov Vilayət Prokurorluğunun ilkin məlumatına əsasən, hücum üçün “Geran-3” tipli PUA-dan istifadə edilib.
Hadisə nəticəsində azı 15 nəfər yaralanıb. Yaralıların yeddisi uşaqdır.
Hadisə yerinə xilasedicilər, tibb işçiləri və polis əməkdaşları cəlb olunub.