Bank Of Baku

Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlər və yaralananlar var- YENİLƏNİB-1

Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlər və yaralananlar var- YENİLƏNİB-1
# 30 oktyabr 2025 12:58 (UTC +04:00)

Rusiya ordusunun Zaporojyedəki yataqxanaya hava zərbələri nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, aviazərbələr nəticəsində iki nəfər isə ölüb.

***

11:48

Rusiya ordusunun Zaporojyedəki yataqxanaya hava zərbələri nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, bir nəfərin isə dağıntılar altında qaldığı bildirilir.


APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

***

09:48

Rusiya ordusunun Zaporojyedəki yataxanaya zərbəsi nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “UNIAN” Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

“Yaralılar arasında altı uşaq var — üç qız və üç oğlan. Uşaqların yaşı 3 ilə 6 arasındadır. Hamısına zəruri tibbi yardım göstərilir,” – deyə o qeyd edib.

Bundan başqa, yaşayış binalarında bir neçə yanğın söndürülüb və zədələnmiş infrastruktur obyektlərində bərpa işlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR