Saakaşvili nikahdankənar qızının olduğunu etiraf edib

Mixeil Saakaşvili, Gürcüstanın sabiq Prezidenti

© APA | Mixeil Saakaşvili, Gürcüstanın sabiq Prezidenti

# 31 dekabr 2021 13:06 (UTC +04:00)

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar Elis Mariya Saakaşvili adlı qızı olduğunu etiraf edib.
APA-nın məlumatına görə, bu barədə sabiq Prezident “Facebook” səhifəsində yazıb.
M. Saakaşvili bu gün “Mtavari Arkhi” telekanalında Yeni il konsertində tamaşaçıları ilk dəfə anası Sofi Nijaradze ilə birlikdə sevimli və ən kiçik qızı Elis Mariya Saakaşvilinin salamlayacağını bildirib.
Sabiq Prezident qeyd edib ki, 2022-ci ildə bütün uşaqların daha sağlam və xoşbəxt olmasına çalışmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR