Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib

Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib
# 23 may 2019 15:00 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskidən vətəndaşlığını qaytarmasını xahiş edib.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, Saakaşvilinin vəkili Ruslan Çernautski bununla bağlı məktubu artıq Ukrayna Prezident Administrasiyasına çatdırıldığını bildirib.

Sabiq prezident məktubda qeyd edib ki, onun Ukrayna vətəndaşlığı qeyri-qanuni olaraq ləğv edilib. Bildirib ki, beynəlxalq qanunvericiliyə əsasən, ikili vətəndaşlığı olmayan hər hansı bir şəxsi vətəndaşlıqdan çıxarmaq mümkün deyil.

Mixeil Saakaşvili hər hansı bir vəzifə və ya üstünlüyə ehtiyac duymadığını qeyd edib.

Xatırladaq ki, Ukraynanın sabiq prezidenti Petro Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin vətəndaşlığını 2017-ci ilin iyulunda ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR