Stoltenberq: NATO Fələstin-İsrail münaqişəsində fəal rol oynamır

Stoltenberq: NATO Fələstin-İsrail münaqişəsində fəal rol oynamır
# 28 noyabr 2023 21:41 (UTC +04:00)

Şimali Atlantika bloku Qəzza zolağında münaqişədə fəal rol oynamır.

APA-nın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Brüsseldə keçirilən iclasının birinci gününün yekunları üzrə brifinqdə deyib.

“NATO bir müttəfiq olaraq Fələstin-İsrail münaqişəsində aktiv rol oynamır.

Bir gün əvvəl NATO Qəzzada atəşkəsin uzadılmasına çağırıb. Stoltenberqin sözlərinə görə, “daha ​​çox yardım çatdırmaq və girovları azad etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR