Stoltenberq TBMM-in İsveçin NATO-ya üzvlüyünü ratifikasiya prosesinə başlamasını alqışlayıb

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 27 noyabr 2023 16:05 (UTC +04:00)

"İsveçin NATO-ya üzvlüyü alyansımızı daha da gücləndirəcək".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat brifinqində deyib.

"Mən Türkiyə Parlamentinin ratifikasiya prosesinə başlamasını alqışlayıram. Mümkün qədər tez zamanda Türkiyə və Macarıstanın ratifikasiya prosesini tamamlayacağına güvənirəm. Artıq bunun vaxtı çatıb", - Yens Stoltenberq vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR