Stoltenberq Trampın NATO ilə bağlı sözlərinə cavab verib

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 14 fevral 2024 15:18 (UTC +04:00)

"Biz NATO-nun çəkindirici qüvvəsinə olan inamı sarsıtmamalıyıq".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçiriləcək iclasından əvvəl mətbuat konfransında ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO müttəfiqləri ilə bağlı fikrinə münasibət bildirərkən deyib:

"Biz bütün müttəfiqləri qorumaq üçün hazırlığımız, öhdəliyimiz və qətiyyətimizlə bağlı Moskvada səhv hesablamalara və ya anlaşılmazlığa yer buraxmamalıyıq. Və bunun səbəbi münaqişəni təhrik etmək deyil, NATO-nun 65 il ərzində uğurla etdiyi kimi münaqişənin qarşısını almaqdır".

Stoltenberq bildirib ki, NATO-nu güclü saxlamaq "ABŞ-ın milli maraqlarına" cavab verir, çünki bu ölkə heç vaxt təkbaşına müharibə aparmayıb:

"NATO-nun bütün ideyası ondan ibarətdir ki, bir müttəfiqə hücum zamanı bütün alyansdan cavab gələcək. Biz bu mesajın arxasında durduqca, birlikdə hər hansı müttəfiqə hərbi hücumun qarşısını alırıq. Deməli, NATO-nun məqsədi müharibənin qarşısını almaq, sülhü qorumaqdır. Beləliklə, bir-birimizi müdafiə etməyəcəyimiz, bir-birimizi qorumayacağımız barədə hər hansı bir təklif hamımızın təhlükəsizliyini pozur, riskləri artırır. Bizim həm əməlimizdə, həm də sözümüzdə NATO-nun bütün müttəfiqləri qorumaq və müdafiə etmək öhdəliyinə sadiq olduğumuzu açıq şəkildə bildirməyimiz vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR