Bank Of Baku

Tbilisidə Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib

Tbilisidə Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib
# 21 dekabr 2021 18:39 (UTC +04:00)

Gürcüstanda sabiq Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə növbəti aksiya keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, müxalif “Vahid Milli Hərəkat”nın tərəfdarları əvvəlcə “Respublika” meydanından parlament binasınadək yürüş ediblər.

Aksiya səbəbi ilə mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. İştirakçılar arasında paytaxt sakinləri ilə yanaşı çox sayda bölgələrdən gələn müxalifət tərəfdarlarının da olduğu bildirilir.

Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR