Bank Of Baku

Tbilisidə "Vağzal meydanı" ərazisində yanğın söndürülüb - YENİLƏNİB-1 - VİDEO

Tbilisidə "Vağzal meydanı" ərazisində yanğın söndürülüb - YENİLƏNİB-1  - VİDEO
# 02 noyabr 2026 16:55 (UTC +04:00)

Tbilisidə "Vağzal meydanı" ərazisindəki piyada körpüsündə baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən hadisə zamanı xəsarət alanların olmadığı bildirilib.

Xidmətin məlumatına əsasən, yanğın körpüdəki mağazalardan birində başlayıb və daha sonra ətrafa yayılıb.

Yanğının aradan qaldırılmasında 10-a yaxın yanğınsöndürmə maşını iştirak edib.

***

16:26

Tbilisidə "Vağzal meydanı" ərazisindəki piyada körpüsündə baş vermiş yanğın lokallaşdırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir, alovun yayılma təhlükəsi aradan qaldırılıb.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə hələ məlumat yoxdur.

***

15:54

Tbilisidə "Vağzal meydanı" metrostansiyası yaxınlığında güclü yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, yanğın piyada keçidində qeydə alınıb.

Əraziyə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.

Hadisənin səbəbi və digər təfərrüatlar hələ məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR