Bank Of Baku

"Telegram"ın yaradıcısı Pavel Durov Fransada saxlanılıb

Pavel Durov, "Telegram" messencerinin yaradıcısı

© APA | Pavel Durov, "Telegram" messencerinin yaradıcısı

# 25 avqust 2024 00:57 (UTC +04:00)

"Telegram" messencerinin yaradıcısı, milyarder Pavel Durov Paris hava limanında saxlanılıb.

APA xəbər verir ki, bu barədə Fransanın "LCI" xəbər kanalı məlumat yayıb.

Onun Azərbaycandan dönərkən saxlanıldığı iddia edilir.

Milyarder Fransaya şəxsi təyyarəsi ilə gəlib.

O, bu axşam hakim qarşısına çıxmalıdır.

Mümkün ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.

Bu ittihamlarla Pavel Durovu 20 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Durov 2021-ci ildən Fransa vətəndaşlığı alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR