Bank Of Baku

Tramp sabiq şirkət menecerini Aviasiya İdarəsinə rəhbər təyin edə bilər

Tramp sabiq şirkət menecerini Aviasiya İdarəsinə rəhbər təyin edə bilər
# 20 mart 2019 01:53 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp “Delta Airlines” şirkətinin sabiq meneceri Stiv Diksonu ABŞ Federal Aviasiya İdarəsinin rəhbəri postuna təyin edə bilər.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

“Prezident Donald Tramp Corciya ştatından olan Stiv Diksona öz administrasiyasında yeni vəzifə vermək istədiyini bildirib”, - sənəddə belə deyilir.

Qeyd edək ki, adıçəkilən vəzifəni 2018-ci ilin yanvarından Daniel Eluell icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR