Bank Of Baku

Tramp Qolan yüksəkliklərini İsrail torpağı kimi tanımaq barədə uzun müddət düşündüyünü açıqlayıb

Tramp Qolan yüksəkliklərini İsrail torpağı kimi tanımaq barədə uzun müddət düşündüyünü açıqlayıb
# 22 mart 2019 15:07 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Qolan yüksəkliklərinin İsrailə məxsus olduğunu tanımaq barədə uzun müddət düşünüb.

ONA-nın məlumatın görə, bu barədə D.Tramp “Fox Business” kanalına müsahibəsində deyib. “Mən uzun müddətdir bunu etmək barədə düşünürəm. Bu, bütün ABŞ prezidentləri üçün ağır qərar olub və heç bir prezident bunu etməyib”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün prezident Donald Tramp ölkəsinin İsrailin Qolan yüksəkləri üzərində suverenliyini tanımasının vaxtı çatdığını bəyan edib. O “twitter” səhifəsində İsrailin və ümumilikdə regionun təhlükəsizliyi baxımından belə addım atmağın vacib olduğunu yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR