Bank Of Baku

Türkiyə Akkuyu AES-in ilk enerji blokunun işə salınması üçün icazə verib

Türkiyə Akkuyu AES-in ilk enerji blokunun işə salınması üçün icazə verib
# 12 dekabr 2023 12:42 (UTC +04:00)

Akkuyu Atom Elektrik Stansiyasının ilk enerji bloku Türkiyə hökumətindən işə salınmaq üçün icazə alıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Rosatom"un teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Türkiyədə tikilməkdə olan Akkuyu AES-in ilk enerji blokunun işə salınmasına Türkiyə hökuməti tərəfindən icazə verilib.

Qeyd edək ki, Akkuyu AES-lə bağlı 10 may 2010-cu ildə Ankarada Rusiya-Türkiyə hökumətlərarası sazişi imzalanıb. 2011-ci ildən Akkuyu layihəsinin həyata keçirilməsinə başlanılıb. 2015-ci ilin sonunda, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi (hərbi təyyarə böhranı-red) ilə əlaqədar olaraq, layihənin dondurula biləcəyi təhlükəsi yaranıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin aprel ayında layihədən imtina etmək niyyətində olmadıqlarını açıqlayıb. 2016-cı ilin avqustunda Rusiya və Türkiyə prezidentləri Akkuyu atom stansiyasının layihəsini bərpa etməyə razılıq veriblər.

2019-cu ilin avqustunda Rusiyanın Sberbank və Rosatomun törəmə şirkəti - "Akkuyu Nuclear" ASC Akkuyu AES-in inşası üçün 400 milyon dollar məbləğində kreditin ayrılması haqqında müqavilə imzalayıb.

27 aprel 2023-cü il tarixində isə Akkuyu AES-in 1 saylı enerji blokuna Rusiya istehsalı nüvə yanacağının vurulması ilə bağlı mərasim keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR