Bank Of Baku

Türkiyə MN: Gürcüstanda qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma davam edir

Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsinin qalıqları

© APA | Gürcüstanda qəzaya uğrayan Türkiyə təyyarəsinin qalıqları

# 14 noyabr 2025 18:27 (UTC +04:00)

"Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı araşdırmalar davam edir".

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəza araşdırma qrupumuz Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəmizin qalıqları üzərində tədqiqatları davam etdirir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 11-i Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb, 20 hərbçi şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR