"Əlçatan və uzunmüddətli iqlim maliyyələşdirilməsinə, ölkələr arası güclü tərəfdaşlıqlara, məlumat mübadiləsinə və bütün tərəflərin ortaq qətiyyətinə ehtiyac var".
APA xəbər verir ki, bunu Türkiyənin Ətraf, Mühit, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin enerji səmərəliliyi departamentinin müdiri Hüseyn Namık Sandıkçı "Bakı İqlim Həftəsi 2026" (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada deyib.
O bildirib ki, binalar qlobal iqlim dəyişikliyi çərçivəsində enerji istehlakının və emissiyaların mühüm mənbəyidir: “Bu, həmçinin həllin də əsas hissəsidir. Türkiyədə uzun illərdir bina sektorunun transformasiyası və bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi üzərində intensiv şəkildə işləyirik. Nazirlik olaraq bina sektorunda hərtərəfli bir geridönüşü həyata keçiririk. Davam edən işlərimiz arasında önə çıxan mövzular həyat dövrü analizini siyasətimizə inteqrasiya etmək və mövcud bina fondumuzu enerji səmərəliliyi baxımından yenidən qurmaqdır. Sektorda transformasiyanı, enerji dönüşümünü həyata keçirə bilmək üçün beynəlxalq əməkdaşlıqların bütün potensialını hərəkətə keçirməyin əhəmiyyətini bilirik”.