Bank Of Baku

Amerikalı danışıqçıların Moskva və Kiyevə səfərindən sonra Putinlə Tramp telefon danışığı apara bilər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp

© APA | Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp

# 07 sentyabr 2026 14:33 (UTC +04:00)

Amerikalı danışıqçıların Moskva və Kiyevə səfərindən sonra Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı apara bilərlər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı üçtərəfli danışıqların bərpasını istisna etmir.

Kremlin sözçüsü Rusiyanın Amerikanın sülhməramlı səylərini yüksək qiymətləndirdiyini, Putinin şəxsənTrampa sülhə sadiqliyinə görə minnətdarlığını bildirdiyini deyib.

Peskov ABŞ emissarlarının Putinlə görüşdəki təkliflərinin "Ankoric formulundan" nə ilə fərqləndiyini isə açıqlamayıb.

O, Kremlin hələlik amerikalı danışıqçıların Kiyev tərəfi ilə təmaslarının nəticələri barədə məlumata malik olmadığını da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR