Almaniya xarici işlər naziri Annalena Berbok Türkiyədə səfərdədir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Ankarada onun türkiyəli həmkarı Hakan Fidanla görüşü keçirilib.
Görüş zamanı Suriyadakı hadisələr və Aİ-Türkiyə münasibətləri müzakirə edilib. Nazir Fidan Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.