Türkiyə Xarici İşlər Nazirliyi Qəzzada münaqişənin birgə səylərlə sona çatmasının mümkünlüyünü açıqlayıb

Hakan Fidan

© APA | Hakan Fidan

# 10 dekabr 2023 15:08 (UTC +04:00)

“Qəzzada dinc əhalinin qətliamını dayandırmaq və davamlı sülhün bərqərar olması üçün hərəkətə keçmək bütün ölkələrin ortaq borcudur”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, Türkiyə xarici işlər naziri Hakan Fidanın 10 dekabr İnsan Hüquqları Günü ilə bağlı müraciətində deyilir.

Qeyd olunub ki, Qəzzadaki faciənin bu günə qədər dayandırılmaması beynəlxalq sistemin zəifliyini ortaya qoyur:

“Türkiyə Fələstin xalqına qarşı bu qətliamları dayandırmaq, Fələstin xalqının ehtiyaclarını ödəmək, müstəqil və suveren Fələstin dövlətinin qurulması üçün insan ləyaqətinə dəyər verən, vicdan və əxlaq sahibi olan beynəlxalq ictimaiyyətin bütün üzvləri ilə birlikdə çalışmağa davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR