Türkiyədə, Ərzurumun Köprüköy rayonunda 5.1 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 15:40-da qeydə alındığını açıqlayıb.
Yerin 06,94 kilometr dərinliyində baş verən zəlzələ ətraf rayonlarda da hiss edilib.