Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) daha 45 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 228 163 nəfər test edilib, onların 5496-nın koronavirus testi pozitiv nəticə verib, 7191 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 727 nəfər olub. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 732 nəfər ölüb.
Türkiyədə indiyədək 5 425 652 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 294 285 nəfəri müalicə olunaraq evə buraxılıb.