Türkiyədə polis əməkdaşlarını daşıyan avtobus qəzaya uğrayıb.
APA “Anadolu”ya istinadən xəbər verir ki, Kastamonu-İnebolu avtomobil yolunda baş vermiş avtoqəza zamanı idarəetmədən çıxan yol kənarına düşüb.
Qəza nəticəsində 12 polis əməkdaşı xəsarət alıb.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.