Bank Of Baku

Türkiyəyə məxsus 2 təyyarə İranda qalıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu

© APA | Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu

# 26 mart 2026 11:47 (UTC +04:00)

Türkiyəyə məxsus 2 sərnişin təyyarəsi İranda qalıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

O bildirib ki, müharibə başlayanda İranda olan 2 təyyarənin ekipajı Türkiyəyə təxliyyə edilib. Nazir əlavə edib ki, daha bir sərnişin təyyarəsi isə İraqda gözləmə mövqeyindədir:

“İki təyyarəmiz İranda, bir təyyarəmiz isə İraqdadır. Müharibə başlayanda təyyarələr orada qaldı, heyətləri isə Türkiyəyə gətirildi. Təyyarələr müharibə bitdikdən sonra Türkiyəyə gətiriləcək”, – Uraloğlu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR