Bank Of Baku

Ukraynada seçkilər: Poroşenko ilə Zelenski ikinci tura keçib -EXİT-POLL

Ukraynada seçkilər: Poroşenko ilə Zelenski ikinci tura keçib -EXİT-POLL
# 31 mart 2019 22:22 (UTC +04:00)

Ukraynada prezident seçkilərində səsvermə başa çatıb, səslərin sayılmasına başlanılıb. 

ONA-nın UNİAN-a istinadən yaydığı xəbərinə görə, rəsmi nəticələr hələlik məlum olmasa da, "exit-poll"un nəticələrinə əsasən, komediya ustası Vladimir Zelenski 30,1% səslə irəlidədir. 

İkinci yerdə 18,5% səslə hazırki prezident Petro Poroşenko, üçüncü yerdə isə 14% səslə sabiq baş nazir Yuliya Timoşenko gəlir. 

Beləliklə, "exit-poll"un nəticələrinə əsasən, Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçir. 

Lakin Y. Timoşenko "exit-poll"un rəyi ilə razılaşmayıb, nəticəslərin saxtalaşdırıldığını iddia edir. O, ikinci tura V. Zelenski ilə özünün keçdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR