Bank Of Baku

Ukrayna göyərtəsində azərbaycanlının olduğu gəmi ilə əlaqədar Misirə nota verib

Ukrayna göyərtəsində azərbaycanlının olduğu gəmi ilə əlaqədar Misirə nota verib
# 19 may 2019 16:56 (UTC +04:00)

Ukraynanın Misirdəki səfirliyi Misir Xarici İşlər Nazirliyinə nota təqdim edib.

ONA-nın "Ukrinform" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb mayın 18-də göyərtəsində 17 Ukryna vətəndaşı,  1 Azərbaycan,  11 Filippin, Şri-Lanka və Hindistan, o cümlədən Krımdan olan 2 dənizçinin olduğu "Sea Shark" tankerinin Misir hərbi donanması tərəfindən saxlanılmasıdır.

Qeyd edək ki, mayın 18-də "Sea Shark" tankeri Misir donanması tərəfindən saxlanılıb. Gəminin heyət üzvləri faktiki girov götürülüb. Hərbçilər gəmiyə yükün qanunsuz yükləndiyini iddia edirlər. 11 milyon barel neftin yükləndiyi tanker  hazırda Misirin Ayn-Soxna kurort rayonunda limanındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR