Bank Of Baku

Ukrayna MSK seçkilərin ilkin nəticələrini açıqlayıb - YENİLƏNİB

Ukrayna MSK seçkilərin ilkin nəticələrini açıqlayıb - YENİLƏNİB
# 01 aprel 2019 08:03 (UTC +04:00)

Ukrayna MSK-nın son açıqlamasına görə, 33,73% səsvermə bülletenlərinin sayılmasından sonra Vladimir Zelenski 30,17% səslə irəlidədir. 

ONA-nın məlumatına görə, Petro Poroşenko 16,69% səslə ikinci pillədə qərarlaşıb, Yuliya Timoşenko isə 13,17% səslə üçüncüdür. 

***

3:46

Ukraynada seçki protokollarının 10,27% yoxlanılmasından sonra 29,66% səslə şoumen Vladimir Zelenski  liderliyi əldə edib.

ONA-nın məlumatına görə, hazırkı prezident Petro Poroşenko 16,83% səslə ikinci yerdə qərarlaşıb. 

MSK-nın interaktiv tablosuna əsasən, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 13,75% səslə üçüncüdür.  

***

00:06

Ukraynda prezident seçkilərində protokolların 0,12%-nın yekunlarına əsasən, Ukraynanın hazırkı rəhbəri Petro Poroşenko irəlidədir.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, P. Poroşenko 28,69% səs toplayıb. 

İkinci yerdə 24,27% səslə “Xalqın nökəri” partiyasının namizədi, şoumen Vladimir Zelenski qərarlaşıb.

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko 15,12% səslə üçüncüdür.

Səslərin sayılması davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR