Bank Of Baku

Ukrayna müdafiə nazirinin yeni müavinləri təyin edilib

Ukrayna müdafiə nazirinin yeni müavinləri təyin edilib
# 05 oktyabr 2023 12:13 (UTC +04:00)

Ukrayna müdafiə nazirinin yeni müavinləri təyin edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

Məlumata görə, Ukrayna Nazirlər Kabinetinin müvafiq qərarı ilə İvan Qavrilyuk, Stanislav Qayder və Dmitri Klimenkov müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, ötən ayın ortalarında Nazirlər Kabinetinin qərarı ilə ölkənin yeni müdafiə naziri Rüstəm Umerovun 6 müavinini işdən azad edilib və sentyabr ayının 27-də hökumət tərəfindən nazirə üç yeni müavin təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR