Bank Of Baku

Ukrayna ordusu Bryansk Kimya Zavodunu vurub

Ukrayna ordusu Bryansk Kimya Zavodunu vurub
# 22 oktyabr 2025 05:19 (UTC +04:00)

Ukrayna ordusu Rusiyanın Bryansk vilayətindəki Kimya zavodunu “Storm Shadow” raketləri ilə vurub.

APA xəbər verir ki, bu barədə Ukraynanın ordusunun Baş Qərargahı öz “Telegram” kanalında məlumat yayıb.

“2025-ci il oktyabrın 21-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri birlikdə Bryansk Kimya Zavodunu vurub”, - məlumatda bildirilir.

"Zərbənin nəticələri dəqiqləşdirilir", - Baş Qərargah əlavə edib.

Qeyd edək ki, zavodda barıt, partlayıcı maddələr və raket yanacağı komponentləri istehsal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR