Ukrayna silah və sursat istehsalını artıracaq

Ukrayna silah və sursat istehsalını artıracaq
# 01 dekabr 2023 07:44 (UTC +04:00)

Ukrayna Müdafiə Nazirliyi Strateji Sənaye Nazirliyi ilə birlikdə gələn il raket, sursat, silah və hərbi texnikanın istehsalını bir neçə dəfə artıracaq.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Telegram -səhifəsində müdafiə nazirinin müavini general-leytenant İvan Qavrilyuk bildirib.

Məlumata görə, əsas diqqət hava hücumundan müdafiə sistemlərinin istehsalına yönəldiləcək.

Qavrilyukun sözlərinə görə, 2024-cü il üçün təsdiq edilmiş büdcədə raket və sursatların alınması üçün təxminən 175 milyard qrivna nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR