Ukrayna Türkiyəyə axtarış-xilasedici qrup göndərmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Ukrayna böhranın nəticələrinin aradan qaldırılmasına yardım üçün Türkiyəyə böyük bir xilasedici qrupunu göndərməyə hazırdır. Onların yerləşdirilməsini koordinasiya etmək üçün Türkiyə tərəfi ilə sıx təmasdayıq", - Kuleba qeyd edib.