Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" zenit-raket kompleksi üçün PAC-3 raketlərinin növbəti partiyasını alacaq.
Unian -ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
“Yaxın günlərdə ABŞ-dan bir partiya alacağıq. Avropalılarla da ayrıca razılaşmalarım olub. Orada hələ konkret tarixlər yoxdur, lakin əlavə PAC-3 raketləri olacaq”, - deyə o bildirib.
Patriot üçün raketlərin Ukraynada istehsalına gəlincə, Zelenski qeyd edib ki, ABŞ ilə siyasi səviyyədə artıq razılıq əldə olunub.
“İndi çox vacibdir ki, texniki qruplarımız, müxtəlif nazirliklərin bütün nümayəndələri, icra hakimiyyəti təmsilçiləri yubanmadan bunun üzərində işə başlasınlar. Məqsəd odur ki, biz çox qısa zamanda lisenziyaları alaq və Ukraynada istehsala başlayaq”, - deyə prezident vurğulayıb.